CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva şəhid ailəsinin böyük müşkülünü həll etdi

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Азербайджана Мехрибан Алиева
Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezidentin məsələyə müdaxiləsi sayəsində şəhid ailəsinin problemi həll olunub.

BAKI, 22 iyun — Sputnik. Bir müddət əvvəl "Para” BOKT ASC Aprel şəhidi Xaliq Əzizadənin ailəsini kredit borcuna görə məhkəməyə vermişdi.Bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşmışdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə müdaxiləsi sayəsində şəhid ailəsinin problemi həll olunub. Bu barədə də millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə məlumat verib.

Millət vəkilinin bu məsələ ilə bağlı paylaşdığı statusda deyilir: "Para" BOKT ASC-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına və atasına verdilər. Ölkəmizin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Onun diqqətinin xüsusi dəstəyi oldu. Mehriban xanımın kömekçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı və dedi ki şəhid ailələri Mehriban xanımın xüsusi diqqətindədir və ailənin qayğıları ilə maraqlanıb hər zaman yanınızdayıq dedilər. Mehriban xanıma hər zaman olduğu kimi bu cür həssas yanaşması üçün təşəkkür edirik. İndi təşkilatdayıq, sənədlər ailəyə verildi".

Xəbər lenti
0