BAKI, 22 iyun — Sputnik. Bu həftənin əvvəlində Parisdə baş verən terror hücumu ilə bağlı şəhər prokuroru açıqlama verib. Prokuror, hadisənin törədilməsində şübhəli olan şəxsin 2016-cı ildə Türkiyədən Fransaya gəldiyini bildirib.
Prokurorun sözlərinə görə, güman ki, terrorçu Azərbaycanla həmsərhəd olan bu ölkədən tranzit kimi istifadə edib.
Yelisey çölündə dayanmış polis avtomobilinə digər avtomobilin dəyməsi partlayışa səbəb olmuşdu. Hadisə nəticəsində terrorçu həlak olmuşdu. Polis, avtomobildə silah və sursat aşkar etmişdi. Daha sonra polisdəki mənbələr hücum edənin İŞİD üzvü olduğunu bildirmişdilər.