Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dillər əzbəri olan çoxsaylı mahnılarımızın unudulmuş müəllifi

© Photo : PUBLIC DOMAINBəhram Nəsibov
Bəhram Nəsibov - Sputnik Azərbaycan
Abunə olmaq
"Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır" mahnısının müəllifi Bəhram Nəsibovdur

BAKI, 22 iyun — Sputnik. Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub.

1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb.

Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B. Nəsibov həm də tarda və gitarada gözəl ifa edib. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.

1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, bəstəkar Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.

Xəbər lenti
0