Azərbaycan onları aclıqdan xilas etdi

© AP Photo / Farah Abdi WarsamehSomali
Somali - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

BAKI, 22 iyun — Sputnik. Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib.

XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT Baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib. 

“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum - Sputnik Azərbaycan
SİYASƏT
XİN: Ermənistan atəşkəsdən süni şəkildə istifadə etməkdə davam edir

BMT-nin Baş katibi tərəfindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

"Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu, AİDA və digər qurumlar vasitəsilə beynəlxalq humanitar yardım və davamlı inkişaf layihələrini dəstəkləyir.

2017-2019-cu illər üçün Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi davamlı inkişafa dair aparılan müzakirələrdə daha fəal rol oynamaq və beynəlxalq səviyyədə inkişafa töhfə vermək üçün əlavə imkanlar yaradır — deyə məlumatda bildirilir.

Xəbər lenti
0