Qəbələ əcnəbiləri özünə cəlb edir

© Sputnik / Ilham AhmadovMaria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib
Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib - Sputnik Azərbaycan
Abunə olmaq
Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən qarşılanan qonağa rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Qəbələdə müasir infrastrukturun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə təkan verib. Burada sürətli inkişaf edən turizm infrastrukturu ilə yanaşı mövcud olan istehsal müəssisələri bölgənin iqtisadi inkişafının artmasında müstəsna rol oynayır.

© Sputnik / Ilham AhmadovMaria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib
Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib - Sputnik Azərbaycan
Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib

Qəbələ rayonu ilə tanışlığından məmnunluq hissi keçirdiyini ifadə edən Maria Anxela Olgin bölgənin füsunkar bir məkan olduğunu qeyd edərək səmimi görüşə görə minnətdarlığını bildirmişdir. Səfər çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin rayonun turizm sektoruna baxış keçirmiş, sənaye müəssisələrində istehsal prosesini yaxından tanış olub.

Xəbər lenti
0