İrandan ağır cavab zərbəsi: 65 nəfər məhv edildi

© Sputnik / Maxim Blinov / Mediabanka keçidСтарт космического корабля "Союз ТМА-19М" с космодрома Байконур
Старт космического корабля Союз ТМА-19М с космодрома Байконур - Sputnik Azərbaycan
Abunə olmaq
İranın İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi raket zərbəsi nəticəsində 65-dən çox terrorçu məhv edilib

BAKI, 21 iyun — Sputnik. İranın İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi raket zərbəsi nəticəsində 65-dən çox terrorçu məhv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Press TV telekanalı İran İslam İnqilab Keşikçiləri Korpusuna istinadla (İİKK) bildirib.

Daha əvvəl verilən məlumata görə, İİKK terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib. Orta mənzilli ballistik raket zərbəsi Tehrandakı terror aktlarına cavab olaraq Deyr-əz-Zor əyalətindəki bazaya endirilib. Ümumilikdə altı raket zərbəsi vurulub.

Bəyanatda həmçinin bildirilib ki, İŞİD-in Əl-Muxasan şəhərindəki mərkəzinə endirilən zərbə nəticəsində 15 yaraqlı məhv edilib. Onlardan birinin İŞİD liderlərindən Səəd əl-Qosaibi olduğu bildirilib. 

İran polisi - Sputnik Azərbaycan
Tehran terrorunun ilkin təfərrüatları məlum oldu

Həmçinin bildirilir ki, Əl-Mayadin şəhərinə vurulan zərbədə 27 terrorçu məhv edilib. Bu şəhər İŞİD-in Suriyadakı qalası adlandırılır. Zərbə nəticəsində ölənlərdən altısının Liviyadan olan səhra komandirləri olduğu bildirilir.

Tehran bəyan edib ki, terrorçuların mövqelərinə raket zərbələrini Suriya hakimiyyəti ilə razılaşdırıb.

Xatırladaq ki, iyunun 7-də İran parlamentinə və İmam Xomeyni türbəsinə edilən terror hücumları nəticəsində 17 nəfər ölmüş, 43 nəfər yaralanmışdı. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.

Xəbər lenti
0