Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gülər Əhmədova: “Həbsə düşmək həyatın sonu deyil”

© © Yeni SabahKeçmiş millət vəkili Gülər Əhmədova
Keçmiş millət vəkili Gülər Əhmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş millət vəkili Gülər Əhmədova deyir ki, həbsxanada keçirilən zaman cəmiyyətdə itirilmiş dövr kimi qəbul olunmamalıdır

Gülər Əhmədova: “İnsanın cəmiyyətlə olan təmaslarının kəsilməməsi üçün bütün hüquqlar qorunmalıdır”
Şəxsiyyətin inkişafdan qalmaması, eyni zamanda insanın cəmiyyətlə olan təmaslarının kəsilməməsi üçün bütün hüquqlar qorunmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu keçmiş millət vəkili Gülər Əhmədova deyib.

“Həbsxanada keçirilən zaman insan həyatının bir hissəsidir. Heç bir halda cəmiyyətdə həmin vaxt itirilmiş dövr kimi qəbul olunmamalıdır. Dünyada çox sayda tanınmış insan məhkumluq həyatı yaşayıb.  Bu həbs dövründə onların bəziləri ali məktəb qurtarıb, bəziləri də böyük elmi əsərlərin müəllifinə çevriliblər. Həbsxanada həyat bitmir, başqa formaya keçir. Həbsə düşmək həyatın sonu deyil” – deyə o bildirib.

Xəbər lenti
0