BAKI, 21 iyun — Sputnik. Bu gün "qara bazar"da dollar qalxıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manatdan 1.6950 manata, satışı isə 1.6920 manatdan 1.7000 manata yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,3-0,5% bahalaşıb.
Dollarla yanaşı, avronun da "qara bazar"da satışı bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8850 manat olaraq qalıb. Satışı isə 1.8900 manatdan 1.8950-1.9000 manata qədər yüksəlib.