BAKI, 21 iyun — Sputnik. Səudiyyə Ərəbistanı bütün diplomatik və iqtisadi əlaqələrini kəsdiyi Qətərə aid olan 15 min dəvəni də ölkəsindən çıxardıb.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, Qətər 11 min 500 kvadrat kilometr sahəylə təxminən İstanbulun iki qatı qədər bir torpağa sahibdir. Bu qərar on minlərlə heyvanın olduğu sürüləri Səudiyyə Ərəbistanı ərazisində örüşə çıxardan qətərli fermerləri çətin vəziyyətə salıb.