Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 iyun — Sputnik. Dünən saat 03.00 radələrində Balakən rayonunun Bolludərə kənd sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Əli qızı Salamova zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub. Məlum olub ki, o, yaşadığı ünvanda turşu tutan zaman bilmədən su əvəzinə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.