BAKI, 20 iyun — Sputnik. "Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işlərinə başlanıb.
Adı çəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılaraq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.