BAKI, 20 iyun — Sputnik. Şimali Koreyanın ötən həftə koma vəziyyətində sərbəst buraxdığı 23 yaşındakı amerikalı tələbə Otto Uormbier dünyasını dəyişib.
Sputnik Azərbaycan hürriyet-ə istinadla xəbər verir ki, Amerikalı həkimlər tələbəni müayinə etdikdən sonra bildiriblər ki, Otto ağır kəllə-beyin travması alıb.
Amerikalı tələbə 2016-cı ilin yanvar ayında "Pyonyang" hava limanında Şimali Koreyaya aid bir təbliğat materialını ölkə xaricinə çıxarmağa çalışdığı üçün həbs edilmiş və daha sonra çıxarıldığı məhkəmədə 15 il ağır cəzaya məhkum edilmişdi.
Amerikalı tələbə Şimali Koreyada keçirdiyi 17 ayın ardından keçdiyimiz həftə Pyongyang rəhbərliyi tərəfindən sərbəst buraxılmışdı. Tələbənin ailəsi onun 1 ildən çoxdur komada olduğunu açıqlamışdı.