CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident hərbi sahəyə dair mühüm sərəncamlar imzaladı

Abunə olmaq
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib

BAKI, 20 iyun — Sputnik. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Ağayev Zakir Samiddin oğlu

polkovnik Əliyev Azər Əli oğlu

polkovnik Nəcəfov Hilal Əlimurad oğlu

polkovnik Salahov Füzuli Zəbiş oğlu

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Uzunmüddətli səmərəli fəaliyyətlərinə görə polkovnik Kişiyev Rauf İsmayıl oğluna “Əməkdar hüquqşünas”, tibb xidməti polkovnik-leytenantı Tağıyev Tofiq Tağı oğluna isə “Əməkdar həkim” fəxri adı verilib. 

Prezident İlham Əliyev həmçinin Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Natiq Avıl oğlu – general-mayor

Əmirağayev İslam Şixzadə oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Mənsimov Tehran Cavid oğlu – polkovnik

Seyfullayev Kutais Qüdrət oğlu – polkovnik

Hətəmov Baba Ələmdar oğlu – polkovnik-leytenant

Nəciyev İlqar Rəşid oğlu – polkovnik-leytenant

Nuriyev Xizri Əhməd oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Cəlalov Zaur Alxaz oğlu – polkovnik

Fərhadov Cavid Mövlud oğlu – polkovnik-leytenant

Həsənov Anar Yaqub oğlu – polkovnik-leytenant

Şıxəliyev Aydın Bəhman oğlu – polkovnik-leytenant

Eynullayev Əli Höküməli oğlu – gizir

Şıxəliyev Səftər Tapdıq oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Eyyubov Teymur Tərlan oğlu – general-mayor

Bəkirov Sübhan Kamal oğlu – polkovnik

Həsənov İlqar Məhər oğlu – polkovnik

Həsənov Məhərrəm Əşir oğlu – polkovnik

Quliyev Əziz Qədir oğlu – polkovnik

Pənahov Elşad İslam oğlu – polkovnik

Ağakişiyev Asif Əli oğlu – polkovnik-leytenant

Mirzəyev Aşur Hacıağa oğlu – polkovnik-leytenant

Mirzəyev Anar Mehman oğlu – mayor

Baxşəliyev Nizami Fizuli oğlu – baş leytenant

Xəbər lenti
0