Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: “Manatın məzənnəsi pis-yaxşı qorunub saxlanılır”

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, dünya maliyyə bazarlarında gedən proseslər Azərbaycana öz təsirini göstərir

Vahid Əhmədov: “Real sektorda olan müəyyən azalmalar vəsait qıtlığı ilə əlaqədardır”
Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artıb, neft-qaz bölməsində isə 6,5% azalıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Sputnik Azərbaycana deyir ki, qəbul olunmuş strateji yol xəritələrinə əsasən müəyyən iqtisadi islahatlar həyata keçirilir:

“İslahatların nəticəsini 2018-ci ildən görməyə başlayacayıq. Amma gedən proseslər, müəyyən sıxıntılar Azərbaycanın iqtisadiyyatına öz təsirini göstərir. Bütün bunlara baxmayaraq Azərbaycanda manatın məzənnəsi pis-yaxşı qorunub saxlanılır”.

“Real sektorda müəyyən azalmalar var. Bunun da əsas səbəbi müəyyən qədər vəsait qıtlığı ilə əlaqədardır. Dünya maliyyə bazarlarında gedən proseslər Azərbaycana da öz təsirini göstərir. Amma indi aparılan islahatlar nəticəsində kənd təsərrüfatında müəyyən qədər artım hiss olunur. Ancaq digər sahələrdə hələ ciddi artım hiss olunmur” – deyə o, bildirib.

Xəbər lenti
0