BAKI, 20 iyun — Sputnik. Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.
APA-nın verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.
Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.