Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gözünü nurunu itirsə də, qabiliyyəti ilə hər kəsi heyran edir

Abunə olmaq
O, gözlərinin nurunu 32 yaşında itirib. Ehtiyatsızlıqdan gözlərinə tökülən sirkə göz damarlarını yandıraraq, zamanla tamamilə tutulmasına səbəb olub.

Təbiət aşiqi, kitab həvəskarı olan Mingəçevir sakini İlqar Səbzəliyevin "işıqlı dünyadan qaranlıq dünyaya düşmək" kimi dəyərləndirdiyi məşəqqətli həyatı 1997-ci ildən başlayıb.

O, sağlam vaxtlarında işlətdiyi sənəti, yenidən, gözləri görmədən davam etdirib. İlqar Səbzəliyev hazırda, gözünün sağ vaxtlarında heç vaxt görmədiyi yeni model tozsoran, ətçəkən maşınlar, fen, paltaryuyan və digər elektrikli məişət avadanlıqlarını məharətlə təmir edir. Eyni zamanda, evlərin işıq sistemlərinin çəkilməsi, işıqlandırılması ilə məşğul olur.

 

Xəbər lenti
0