BAKI, 20 iyun — Sputnik. NASA-nın "Kepler" kosmos teleskopu günəş sisteminin xaricində yeni planetlər kəşf etdi.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, dünya böyüklüyündə olan planetlərdə həyatın olduğu ehtimalı var.
"Kepler"in araşdırdığı sahədə minlərlə yeni planet olmağa namizədlər var, ancaq bunlardan 10-da həyatın olduğu ehtimal edilir.
Elm insanları "Kepler"in cəmi 4 min 34 planet olmağa namizəd kəşf etdiyini və bunlardan 2 min 335-nin "Samanyolu" qalaktikasının xaricində olduğunu bildirir.
"Kepler" 7 mart 2009-cu ildən bəri kosmosu müşahidə edir.
2018-ci ilin oktyabr ayında yeni nəsil "James Veb" teleskopu dövrəyə girəcək. Yeni teleskopun, "Kepler" tərəfindən tapılan planetləri daha dərindən analiz etmə imkanı olacağı gözlənilir.