Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dolu və sel bölgəni iflic etdi: icra başçısı təcili göstəriş verdi

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub

BAKI, 20 iyun — Sputnik. Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. APA-nın xəbərinə görə, güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 sm-ə çatıb.

126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib. Qoşa bulaq yararsız hala düşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib.

Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.

Qeyd edək ki, qərb bölgəsinin Qazax, Aqstafa, Daşkəsən və Göygöl rayonlarına da güclü yağış və dolu düşüb. Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər. 

Xəbər lenti
0