Böyük təxribat: Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmağa cəhd ediblər

Abunə olmaq
Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb

BAKI, 20 iyun — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində, İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən, ağac kotüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkar edilib.

© Photo : AR DSX-nin mətbuat xidmətiAşkar edilmiş RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi
Aşkar edilmiş RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi - Sputnik Azərbaycan
Aşkar edilmiş RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmi­sinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti
0