BAKI, 20 iyun — Sputnik. ABŞ-ın Virciniya ştatında itən, 17 yaşlı müsəlman qızın cəsədi dekorativ hovuzda tapılıb. Sputnik Azərbaycan Sabah-a istinadla xəbər verir ki, Nebra adında gənc qız məscidə gedərkən, yoldan keçən avtomobildə olan bir nəfərlə mübahisə edib. Sonradan polis Nebranın cəsədini dekorativ hovuzda tapıb.
Hadisə ilə əlaqədar adı açıqlanmayan 22 yaşında bir kişi həbs olunub. Cinayətin nifrət çərçivəsində törədilmədiyi irəli sürülüb.