BAKI, 19 iyun — Sputnik. Londonda miniven tipli avtomobil piyadaları vurub, xəsarət alanlar var. İlkin məlumata əsasən, hadisə məscid yaxınlığında, insanlar namazdan çıxarkən baş verib. Maşının qəsdən insanların üzərinə sürüldüyü ehtimalı var. "Daily Mail" azı 8 nəfərin xəsarət aldığını, bir nəfərin isə öldüyünü bildirir.
“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb.
Piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.