BAKI, 19 iyun — Sputnik. Londonda baş verən nəhəng yanğında ölənlərin sayı 79-a çatıb.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, Londonda külə dönən 24 mərtəbəli binada ölənlərin sayı artır, polis bəzilərinin hələ də tapılmadığını bildirib.
Polis verdiyi açıqlamada ölən və ya itən insanların sayının 79 olduğunu söyləyib.
Keçən həftə baş verən yanğında alov dəqiqələr içində nəhəng binanı bürümüş və yanğın demək olar bir gün sonra söndürülmüşdü.
Binada axtarış işləri hələ də davam edir.