Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. Balakəndə 27 yaşlı gənc intihar edib. Sputnik Azərbaycanın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Müşfiq Mehdi oğlu Şirinov kənd ərazisində ağacdan özünü asıb.
Şirinovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Ailəsi və yaşadığı kəndin sakinləri onun xeyli vaxtdır əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Faktla bağlı Balakən rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 125-ci — "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.