BAKI, 19 iyun — Sputnik. Portuqaliyada baş verən meşə yanğınında 62 nəfər həyatını itirib. Sputnik Azərbaycan Sabah-a istinadla xəbər verir ki, qurbanların çoxu yanğından qaçmağa çalışarkən, avtomobillərində tüstüdən boğularaq ölüb.
Həyatını itirənlərin arasında 4 uşaq da var. Ölkədə 3 günlük matəm elan edilib. Digər tərəfdən, Avropa İttifaqı Portuqaliyaya dəstək olmaq məqsədi ilə fövqəladə vəziyyət elan edib.