İkibaşlı dəniz canlısı hamını heyrətləndirdi

© Photo : milliyetİkibaşlı balina balası
İkibaşlı balina balası - Sputnik Azərbaycan
Abunə olmaq
Balıqçıların toruna, heç vaxt rastlaşmadıqları canlı - ikibaşlı balina balası düşüb

BAKI, 18 iyun — Sputnik. Britaniyanı Avropa qitəsindən ayıran Şimal Dənizində balıqçıların toruna, heç vaxt rastlaşmadıqları canlı — ikibaşlı balina balası düşüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər canlının tək olmadığını da müəyyən ediblər.

Araşdırma zamanı məlum olub ki, tutulan ikibaşlı balina, əslində əkiz olan, lakin birləşmiş şəkildə doğulan iki heyvanın qarışığıdır. Ölü olaraq tapılan balinanın, doğulandan bir müddət sonra tələf olduğu müəyyənləşib.

© Photo : milliyetİkibaşlı balina balası
İkibaşlı balina balası - Sputnik Azərbaycan
İkibaşlı balina balası

Alimlərin fikrincə, vəhşi təbiət canlılarının yapışıq əkizlər olaraq dünyaya gəlməsi nadir baş verən bir hadisədir. Balinalarda isə bu hal ilk dəfədir ki, müşahidə edilir.

Xəbər lenti
0