BAKI, 19 iyun — Sputnik. Hindistanda quyruqlu doğulan uşaq görənləri heyrətə salır. Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, xalqın batil inancları sayəsində 8 yaşlı uşağın şöhrəti hər yerə yayılıb. Tüklü quyruğu olan uşağa hindistanlılar hörmət edir, inanır və onu Allah hesab edirlər.
Yerli əhali Dulha Sinq adlı uşağın meymun tanrısı Hanumanın reankarnasiyası olduğuna inanır. Belində uzun tüklə doğulan Dulhanın valideynləri bədbəxtlik gətirəcəyinə inandıqları üçün, 8 il uşağın tüklərini kəsməyiblər. Tüklər zamanla uzanıb quyruq halına düşüb.
Dulhanın əmisi Sahab Sinqin sözlərinə görə, anası uşağın quyruğunu kəsmək istəsə də, alınmayıb. Qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Həmin gündən ailə uşağa daha çox diqqət ayırır və quyruğu kəsmirlər.
Ətraf kəndlərdən də xalq uşağın quyruğunu görməyə gəlir, ona dua edirlər. Uşağın quyruğuna toxunub dua etmək üçün uzun məsafələri qət edən insanların sayı az deyil.