CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara qarşı müdhiş fırıldağa əl atırlar

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən hal xarici turistlər və ya ölkəyə səfər edən digər əcnəbilərə münasibətdə törədildikdə...

BAKI, 19 iyun — Sputnik. "10 manat pulum var idi. Avtobusun sürücüsünə verdim ki, gedişhaqqını çıxsın. Əvvəlcə dedi ki, "xala, düş get, xırdam yoxdur". Mən israr elədim. Pulu xırdalayıb mənə verdi. Hava qaranlıq olduğu üçün verdiyi pullara baxmadım. Səhər baxıram ki, verdiyi pullardan 5 manatı "kserokopiyadı", yəni, saxta puldur".

Пересчитывание денег - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saxta pul satanlar tutuldular

Bunu, sərnişinləri diqqətli olmağa çağıran Bakı şəhər sakini, 55 yaşlı Gülnarə Səlimova deyir. Sputnik Azərbaycan-a şikayətini çatdıran qadının sözlərinə görə, hələ də o sürücünü tapa bilməyib: "Amma bütün sərnişinlərə demək istəyirəm ki, ictimai nəqliyyatda pul xırdalayarkən diqqətli olsunlar. O sürücü düşünmədi ki, bəlkə bu pul mənim sonuncu pulumdur".

Səlimovanın dediyinə görə, belə bir hadisə bir dəfə "8 km" bazarında da başına gəlib. Şikayətçi düşünür ki, bəzi şəxslər külli miqdarda olmasa da, belə kiçik məbləğləri saxtalaşdıraraq vətəndaşların cibinə girirlər.

Hüquqşünas Elnur Aslanovun Sputnik Azərbaycan-a şərhinə görə, ümumiyyətlə saxta pul hazırlama və ya satma təkcə hüquqpozma kimi deyil, həm də hər hansı dövlətin iqtisadi sütunlarının zəiflədilməsi və onun nüfuzuna zərbə vurulması qismində nəzərdən keçirilməlidir. Eyni zamanda, bu həm də insanların aldadılması və ya onların sonrakı dövrlərdə ödəmə vasitələrinə olan inamsızlıqlarına gətirib çıxarır.

"Sözügedən hal xarici turistlər və ya ölkəyə səfər edən digər əcnəbilərə münasibətdə törədildikdə, istənilən ölkənin gələcək nüfuzuna da ziyan vura bilər. Söhbət dönərli valyutadan getdikdə (məsələn, ABŞ dolları, avro və s.) isə bu məsələnin beynəlxalq aləmdə yaratdığı ajiotajı təsəvvür etməmək mümkün deyil. Hətta bunu tarixi faktlar da sübut edir. Belə ki, II Dünya Müharibəsindən sonra İNTERPOL-un bazalarında 10 min növdən çox saxta pul nümunələri qeydə alınıb" — Aslanov bildirib.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi saxta pulla bağlı hüquqpozmanı iqtisadi fəaliyyət sahəsində cinayətlərə aid edir: "Belə ki, Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

"Həmin əməllər məhkum olunmuş şəxs tərəfindən törədildikdə, 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədilməsi daha ciddi cəza – 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" — ekspert vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə uyğun olaraq, təhlil olunan cinayətləri törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, sözügedən qanunvericilik aktı əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Yəni, bu da saxta pul hazırlama və satma cinayətinin universal yurisdiksiyaya aid edildiyini göstərir.

Xəbər lenti
0