Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar üçün təlim keçirilib

© Photo : Tural MemmedovUşaqlar üçün təlim
Uşaqlar üçün təlim - Sputnik Azərbaycan
Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də aztəminatlı ailələrdən olan qız uşaqları üçün təşkil olunan təlimdə 20 uşaq iştirak edib

BAKI, 17 iyun — Sputnik. "Biosfer" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımı ilə, "Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasına başlayıb. İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, may ayının əvvəlindən başlayan icra prosesi çərçivəsində, hazırlıq işləri başa çatdırılıb.

© Photo : Tural MemmedovUşaqlar üçün təlim
Uşaqlar üçün təlim  - Sputnik Azərbaycan
Uşaqlar üçün təlim

İyunun ayının əvvəlindən təşkil olunan peşəyönümlü kurslar çərçivəsində, 17.06.2017-ci il tarixində, Xəzər rayonu Şüvəlan qəsəbəsində ilk açıq təlim keçirilib. Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də aztəminatlı ailələrdən olan qız uşaqları üçün təşkil olunan təlimdə 20 uşaq iştirak edib.

Bu təlimdə uşaqlar ötən yarım ay ərzində öyrəndikləri peşə bacarıqlarını nümayiş etdirib, həmçinin müxtəlif tikmə üsullarını, çarığın hazırlanmasını öyrəniblər. Sonda fikir mübadiləsi aparılıb. Uşaqlar asudə vaxtlarının səmərəli keçirildiyindən danışıblar. Layihə üzrə təlimçi Zülfiyyə Salayeva, təşkilat rəhbərliyinə iki həftə ərzində görülən işlər, uşaqlara öyrədilən peşə imkanları haqda məlumat verib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала