BAKI, 17 iyun — Sputnik. Qətərə bir zərbə də "Twitter"dən gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu məşhur sosial şəbəkə Qətərin "Əl-Cəzirə" kanalının ərəbcə hesabını blok edib. Lakin bir müddət sonra hesab açılıb.
Hesabın niyə bağlanması və sonradan açılması ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Xatırladaq ki, Səudiyyə şahzadəsi Vəlid ibn Təlal "Twitter"ə 300 milyon dollar kapital qoyaraq şirkətin ikinci səhmdarı olmuşdu.