BAKI, 17 iyun — Sputnik. Amerikanın məhşur rejissorlarından olan Con Avildsen 81 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Rokki" və "Karate Kid" filmlərinin rejissoru, 1977-ci ildə "Rokki" filminə görə Oskar mükafatına layiq görülmüş rejissor, ödkisəsi xərçəngindən dünyasını dəyişib.
Mətbuata açıqlama verən rejissorun oğlu Antoni Avildsen bildirib ki, atası uzun zamandan bəri xərçəng xəstəliyindən əziyyət çəkirmiş: "O, möhtəşəm bir insan idi. Çox bacarıqlı idi".
Xatırladaq ki, rejissorun "Rokki" filmi bütün dünyada sevilərək izlənilən film idi. Filmin qəhrəmanı Silvestr Stallone Hollivudun ən məhşur aktroylarındandır.