BAKI, 17 iyun — Sputnik. ABŞ İŞİD-in Əfqanıstan qanadının sözçüsü Cavad Xanın hava hücumu zamanı öldürüldüyünü açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-ə qarşı Əfqanıstanda əməliyyat həyata keçirilib.
Əfqanıstandakı ABŞ komandanlığından verilən açıqlamaya görə, İŞİD-in Xorasan üzrə mətbuat təmsilçisi Cavad Xan, iyunun 3-də Açin şəhəri yaxınlığında həyata keçirilən hava hücmu zamanı öldürülüb. Hücumlar zamanı siravi vətəndaşların zərər görmədikləri bildirilir.
Xatırladaq ki, Əfqanıstanın Nanqarhar vilayətində İŞİD-ə əməliyyatlar bir ildir davam edir. Ötən ay isə İŞİD-in Əfqanıstan lideri Abdul Hasib öldürülmüşdü.