BAKI, 17 iyun — Sputnik. Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.
Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə yollardakı sürət həddinə əməl etmələrini tövsiyə edib.