SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bahar Muradova: “Rusiya Azərbaycanın maraqlarını nəzərə almağı bacarır”

© Sputnik / Anar MustafayevBahar Muradova: referendumdan sonra keçən müddət ərzində biz çoxsaylı struktur islahatların həyata keçirilməsini şərtləndirən qanunlar qəbul etmişik
Bahar Muradova: referendumdan sonra keçən müddət ərzində biz çoxsaylı struktur islahatların həyata keçirilməsini şərtləndirən qanunlar qəbul etmişik - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis sədrinin müavini Bahar Muradova deyir ki, hər iki ölkə post-sovet məkanında meydana gələn bir çox problemlərə oxşar mövqedən münasibət sərgiləyirlər

Bahar Muradova: “Rusiya Azərbaycanın maraqlarını nəzərə almağı bacarır”
Sirr deyil ki, Azərbaycan ilə Rusiya strateji müttəfiqdir. Bunu Sputnik Azərbaycana özəl müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

“Bu ərazidə, post-sovet məkanında meydana gələn bir çox problemlərə oxşar mövqedən münasibət sərgiləyirlər. Eləcə də, beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə iştirak zamanı və digər müxtəlif ölçülər üzrə iştirak zamanı da mövqelərimiz bir çox hallarda üst-üstə düşür. Bu, hesab edirəm ki, əldə etdiyimiz nailiyyətlərdir və Rusiya-Azərbaycan münasibətlərini xarakterizə edən əsas meyllər, xüsusiyyətlərdir”.

"Əlbəttə, bəzi məsələlər var ki, onunla bağlı hər bir ölkənin fərqli maraqları ola bilər. Bəzi hallarda bizim mövqeyimizin Rusiyanın hansısa maraqları ilə üst-üstə düşməyəcəyi barədə və yaxud da düşmədiyi barədə fikirlər də ola bilir. Amma zaman və tarix, hadisələr də göstərir ki, bu, heç zaman bizim aramızda hansısa münasibətlərin gərginləşməsinə səbəb olmayıb. Biz Rusiyanın yaxın və uzaq ərazilərdəki maraqlarını, Rusiya da Azərbaycanın maraqlarını nəzərə almağı bacarıb” – deyə o bildirib.

Xəbər lenti
0