BAKI, 17 iyun — Sputnik. İtaliyanın Sahil Mühafizə İdarəsi tərəfindən Ağdənizdə 2 min miqrant xilas edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizə İdarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki. Afrikadan Avropaya qanunsuz miqrant daşınmasının əsas marşrutlardan olan Liviya ilə İtaliya arasındakı dəniz yolunda xilaetmə əməliyyatları keçirilib. Nəticədə iki min miqrant xilas olunub.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə cari ilin əvvəlindən bu günə qədər gələn immiqrantların sayı 65 min 496 nəfər olub və bu rəqəm keçən illə müqayisədə 18 faiz çoxdur.