BAKI, 16 iyun — Sputnik. Mosulun şərq hissəsini İŞİD terrorçularından azad edən İraq silahlı qüvvələri, antiterror tədbirləri çərçivəsində qadınlara niqab taxmağı qadağan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Mosulun işğalı zamanı terrorçular qadınların geyindiyi və gözlərdən başqa hər yeri örtdüyü niqabı taxaraq terror aktlarını törətmişdilər.
Öz növbəsində İraq silahlı qüvvələrinin komandanlığı da üzünü qara materiya ilə örtən bir neçə İŞİD terrorçusunu saxlayandan sonra niqaba qadağa qoyub. Qeyd edək ki, Mosulun şərq hissəsini İraq ordusu 2017-ci ilin yanvarında tamamilə İŞİD işğalından azad edib.