Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 16 iyun — Sputnik. Ötən gün axşam saatlarında Şəki şəhərinin Bilallar küçəsi, ev 10 ünvanında yaşayan, 2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli, "Marxal" istirahət mərkəzinin hovuzuna yıxılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz halda olan uşağın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.