Azərbaycanlı İŞİD-çilər həbs olunub

© Photo : AAЗадержанные в турецком городе Килис члены террористической организации ИГ
Задержанные в турецком городе Килис члены террористической организации ИГ - Sputnik Azərbaycan
Abunə olmaq
Onların terror aktı planlaşdırdıqları bildirilir

BAKI, 16 iyun — Sputnik. Türkiyənin Suriya ilə sərhədində, Kilis rayonunda, çoxlu sayda partlayıcı maddə və canlı bomba jileti ilə tutulan 5 İŞİD üzvünün barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan Milliyet-ə istinadla xəbər verir ki, İnanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, Azərbaycan əsilli, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, həmçinin, 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya və Herseqovina hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Spahiç ələ keçib.

Şübhəlilər məhkəmə qarşısına çıxarılıb və "terror təşkilatı İŞİD üzvü olmaq və partlayıcı maddə saxlamaq" ittihamı ilə həbs olunublar. Təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin terror aktı törətməyi planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, ötən gün Kilisdə qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə gələn, yanlarında 2 uşaq olan 5 əcnəbi nəzarətə alınmışdı. Şübhəlilərin üzərindən və çantalarından partlayıcı maddələr və canlı bomba jileti ələ keçirilmişdi.

Xəbər lenti
0