Xoşbəxtliyin mahiyyəti barədə suala hər kəs müxtəlif cür cavab verə bilər. Çünki həyatda ayrı-ayrı insanların baxış bucağı da müxtəlif olur, lakin hər bir insan xoşbəxt olmaq arzusu ilə yaşayır. Xoşbəxtlik məfhumu geniş və əhatəli bir məfhumdur. Bu anlayış nisbidir. Ayrı-ayrı insanlar xoşbəxtliyi fərqli şeylərdə görür. Biri üçün çoxlu pul, sərvət, digəri üçün təmiz, saf ailə sevgisi, bir başqasından ötrü ayrı dövlətdə yaşamaq, o birinə görə savadlı, təhsilli, dünyagörüşlü olmaq, başqası üçün isə vətəninə, xalqına xidmət etmək xoşbəxtlikdir.
Lakin xoşbəxtliyi pulda görənlərin sayı üstünlük təşkil edir.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan da məlum olur ki, xoşbəxt olmaq hər bir insana görə dəyişən bir faktdır. Bu infoqrafika bəlkə sizin də bu məfhuma baxışlarınızı dəyişəcək.