CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı gənc yırtıcıları təbiətdən qoruyur

© Sputnik / Ilham MustafayevMirağa Sabirli evlərinin həyətində saxladığı kərkəs ilə
Mirağa Sabirli evlərinin həyətində saxladığı kərkəs ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu vərdişinə görə onu qınayanlar olsa da, inadından dönmür

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Yevlax rayonu Köyük kənd sakini Mirağa Sabirlinin qeyri-adi hobbisi var. O, yaşadığı həyətdə vəhşi quş olan kərkəs saxlayır. Kənd sakinləri Azərbaycanda təhlükə altında olan quşlar siyahısına salınan bu nəhəng yırtıcı quşa əvvəllər Yevlax ərazisində rast gəlmədiklərini deyirlər.

20 yaşlı gənc, kərkəsə heyvan otararkən rast gəlib və çətinliklə də olsa, onu tuta bilib. "Ona çöldə heyvan otaran zaman rast gəldim. Çətinliklə də olsa, tutdum" – deyir Sputnik Azərbaycan-ın müsahibi.

"Gördüm qanadının bir hissəsi qırıqdır. Evə gətirdikdən sonra baytar çağırdım. Yaralı hissəsinə dərman qoyduq. Fikirləşirdim ki, sağalar, buraxaram yenidən təbiətə" – Mirağa əlavə edir.

O, sonradan quşun bir daha heç zaman vaxt uça bilməyəcəyini başa düşür. Bu vəziyyətdə təbiətdə çox yaşaya bilməyən kərkəsi, həyətində saxlamağa qərar verir və bu proses bir ildən artıqdır davam edir.

© Sputnik / Ilham MustafayevMirağa Sabirlinin həyətdə saxladığı kərkəs
Mirağa Sabirlinin həyətdə saxladığı kərkəs - Sputnik Azərbaycan
Mirağa Sabirlinin həyətdə saxladığı kərkəs

Dediyinə görə, kərkəsi evdə saxlamaq ona asan başa gəlmir: "İştahı pis deyil. Nə qədər ət atsam, yeyir. Əsasən ölmüş heyvan leşlərini verirəm. Olmayanda, gedib qəssabdan lazımsız ətlər götürürəm".

"Əvvəl fikirləşirdim ki, toyuq-cücəni yeyər. Sonra gördüm, ətrafında nə qədər fırlansalar da, onlara dəymir" – M. Sabirli bildir.

Mirağa, yırtıcı quşu saxladığına görə onu qınayanların olduğunu da deyir. Lakin bu, artıq onda hobbi halına gəlib. Hətta dəfələrlə gəlib pul müqabilində kərkəsi almaq istəyənlər olub, lakin satmayıb.

"Bu kərkəsə 150 manatadək pul təklif edənlər olub" — deyir.

Bir müddət əvvəl Qafqaz qartalı da saxladığını deyən Mirağa, 5 ay bəslədikdən sonra onu, sağlam olduğuna görə təbiətə buraxıb.

Xəbər lenti
0