Ziyəddin Kazımov: Sahibkarlıq subyekti olan o ərazilərdə yoxlamalar aparılmır
Milli Məclis ictimai çimərliklərlə bağlı yeni tələbləri müəyyənləşdirib.
Respublika çimərliklərindəki hazırki vəziyyəti şərh edən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycana deyir ki, həm Gigiyena və Epidemiologiya Mərkəzi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən tam hazırlıq işləri görülür: “Artıq dəniz suyunun tədqiqatı başa çatdırılıb. Səbail rayonundakı “Şıx” çimərliyi, Qaradağ rayonundakı “Sahil” çimərliyində vətəndaşların çimməsi məqsədə uyğun sayılmır”.
“Götürülmüş dəniz suyunda bakterioloji çirklənmə normadan dəfələrlə yüksək olduğuna görə 2010-cu ildə qəbul edilmiş 83 saylı qərar bu il də qüvvədə saxlanılır. Sahibkarlıq subyekti olan o ərazilərdə isə yoxlamalar aparılmır” – deyə o bildirib.