Azərbaycanlı turistlər ən çox Rusiyaya gedirlər

© Sputnik / Aleksey KudenkoSankt-Peterburq
Sankt-Peterburq - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ilin birinci kvartalında Azərbaycandan Rusiyaya gedən turistlərin sayı 180 min nəfəri keçib

BAKI, 15 iyun — Sputnik. Azərbaycan MDB məkanında Rusiyaya səfər edən turistlərin sayına görə üçüncü yeri tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı TurStat agentliyi 2017-ci ilin ilk 3 ayı ərzində Rusiyaya gedənlərin statistikasının analizindən sonra açıqlayıb.

2017-ci ilin I rübündə Azərbaycandan Rusiyaya 181 min nəfər turist gedib.

Rusiyaya xarici vətəndaşların turist səfərlərinin sayı 2017-ci ilin ilk 3 ayı ərzində 2,5% aşağı düşüb. Bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,5 milyon az turist deməkdir.

Ötən il Rusiyanı 25 milyon turist ziyarət edib. 

2017-ci ilin I rübündə vətəndaşları Rusiyaya turist səfərləri edən ölkələrin top onluğuna Ukrayna (1,578 min nəfər), Qazaxıstan (657 min), Finlandiya (234 min), Polşa (189 min), Çin (183 min), Azərbaycan (181 min), Ermənistan (131 min), Moldova (107 min), Özbəkistan (99 min) və Abxaziya (92 min) daxildir.

Rusiyaya Cənubi Koreyadan, Yaponiyadan, Vyetnam və Tailanddan gələn turistlərin sayında da bu il artım baş verib.

Xəbər lenti
0