BAKI, 14 iyun — Sputnik. "Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Şimali Karolina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.
Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb. O, özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: "Biz özümüz tütün əleyhinə geniş kompaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq".