Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekoloq: “Torpaqların şoranlaşmasının səbəbi insanların özbaşınalığıdır”

© Sputnik / Murad OrujovTelman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyir ki, hazırda bəzi nazirliklər və təşkilatlar tərəfindən ekloloji durumun yaxşılaşdırılması ilə əlaqədar işlər görülür

Telman Zeynalov: “Azərbaycanda kənd təsərrüfatı torpaqlarının 400-600 min hektarı şoranlaşıb”
Azərbaycanda kənd təsərrüfatı torpaqlarının 400-600 min hektarı şoranlaşıb. Bunu Sputnik Azərbaycana açıqlamasında Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

“Suya qənaət etmədən başlı-başına suvarılma torpaqların şoranlaşmasına səbəb olub. Həmçinin bizdə günəş şüasının həddən çox olması da torpaqları şoranlaşdırır. Bu şoranlaşmada kənd təssərrüfatı işçilərinin də rolu var. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “İdeya” təşkilatı ekoloji durumun yaxşılaşdırılması ilə əlaqədar işlər görürlər. “İdeya” təşkilatı tullantılara yeni həyat verir, digər qurumlar isə torpaqların təmizlənib, yaşıllıqların miqdarının artırılması ilə məşğul olurlar” – deyə o bildirib. 

Xəbər lenti
0