Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ramil Usubov 4 polisin barəsində əmr verdi

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Polis rəisi və şöbənin daha 3 əməkdaşı işdən çıxarılıb

BAKI, 14 iyun — Sputnik. Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Şöbənin rəisi Bahadur Şükürov və 3 əməkdaşı (1 zabit, 2 serjant) vəzifələrindən azad olunublar. Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.

Xəbər lenti
0