Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu proqnoz neft ölkələrinin qanını qaraldacaq

© Photo : APA"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsi
Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Energetika Agentliyi neftlə bağlı bədbin proqnoz verib

BAKI, 14 iyun — Sputnik. OPEC üzvü olmayan ölkələr tərəfindən 2018-ci ildə neft təklifində artım neftə tələbdə artım sürətini üstələyəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) 2018-ci il neft bazarı barədə ilk dəfə yayınladığı proqnoz hesabatında qeyd olunub. Agentlik nəticədə OPEC-in hasilatı daha çox azaltmağa məcbur qalacağını deyib.

İEA-a görə, ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan ölkələr 2018-ci ildə neft hasilatında son 4 ilin ən sürətli artımını həyata keçirəcək.

Agentlik bildirib ki, onun yaydığı hesabat neft hasil edən ölkələr üçün bir növ xəbərdarlıq xarakteri daşıyır.

Qeyd edək ki, proqnozun açıqlanmasından sonra neftin qiyməti 1,2% ucuzlaşaraq 45,9 dollar/barelə düşüb.

Xəbər lenti
0