BAKI, 14 iyun — Sputnik. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə qərar açıqlandıqdan sonra deputat həbs olunub.
Berberoğlu Milli İstihbarat Təşkilatına (MİT) məxsus olduğu deyilən TIR-larla bağlı məsələyə görə açılan cinayət işində əsas təqsirləndirilən şəxs olub və iş üzrə günahkar sayılıb.
Qeyd edək ki, Kadri Enis Berberoğlu 1956-cı il iyunun 5-də İstanbulda doğulub. Avstriya liseyi və Boğaziçi Universitetində təhsil alıb. CNNTurk, “Hürriyet” və “Radikal” kimi KİV-lərdə işləyib. 2014-cü ildə “Sözçü” qəzetində işləməyə başlayıb. 2014-cü ildə CHP-nin fövqəladə qurultayında partiya Məclisinə üzv seçilib.