Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 14 iyun — Sputnik. Quba rayonu İcra Hakimiyyətinin qarşısında qəribə oğurluq hadisəsi baş verib.
Gecə saatlarında Ədalət Süleymanov adlı rayon sakini İcra Hakimiyyətinin qarşısındakı həyətdə dayanan "Mercedes" markalı avtomobilin akkumulyatorunu oğurlamağa cəhd göstərib.
O, akkumulyatoru sökərkən Quba Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət üstündə yaxalanan Ədalət Süleymanov Quba Rayon Polis Şöbəsinə təhvil verilib.