Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda neft borularını doğrayıblar — böyük qalmaqal

© Sputnik / Grigoriy Sysoyev / Mediabanka keçidBorular, arxiv şəkli
Borular, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə neft dağılıb, polis cinayətkarları axtarır, ekspertlər isə zərərin həcmini hesablayırlar

BAKI, 14 iyun — Sputnik. Naməlum şəxslər "Binagadi Oil" neft şirkətinə aid borunu kəsiblər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə aprel ayında baş versə də, şikayət iyunun 12-də daxil olub. Binəqədi qəsəbəsi ərazisində cinayətkarlar neft şirkətinin 222 119 nömrəli aparıcı quyuya gedən əsas boru xəttinə xətər yetiriblər. Nəticədə xeyli həcmdə neft əraziyə axıb. Hazırda ekspertlər zərərin həcmini hesablayırlar.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, onlar yalnız strateji dövlət obyektlərinin mühafizəsinə baxırlar. "Binagadi Oil" şirkətinin obyektləri özəl firmalar tərəfindən qorunur. Faktla bağlı araşdırma Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində aparılır.

Xəbər lenti
0