BAKI, 13 iyun — Sputnik. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr Qətər böhranına dair maraqlı açıqlama verib. "Əgər ehtiyac olarsa, Qətərə qida və dərmanla yardım etməyə hazırıq" — deyə nazir bildirib.
Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını Qətər böhranını həll etmək üçün dəstək göstərməyə çağırmışdı.