Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 13 iyun — Sputnik. Lənkəran sakini Lerikdə küllü miqdarda narkotiklə saxlanılıb.
Sputnik Azərbaycan-ın bölgə üzrə müxbirinin əldə etdiyi məlumata əsasən Lənkəran rayon sakini Anatoli Makarov Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, daxil olan məlumat əsasında Lerik rayonu ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb və Lerik polisi saxlanılan şəxsin narkotik vasitəni haradan və necə əldə etdiyini öyrənmək istiqamətində araşdırmalar aparır.
Məlumat üçün bildirək ki, bu, Anatoli Makarovun ikinci məhkumluq həyatı olacaq.